— SƏNAYE PROQRAMLARI —

ELEKTRİK MÜHƏNDİSLİYİ PROQRAMI

PROQRAM HAQQINDA

Elektrik Mühəndisliyi kursu beynəlxalq elektrik standartları (IEC, IEEE, NEMA) ETAP simulyasiya və Per unit metodu, TraceCalc proqramları, CompEx haqqında nəzəri biliklərinə yiyələnmək imkanı yaradır. Elektrik mühəndisliyinin ən böyük qolu olan elektrik layihələrinin hazırlanması, əlavə olaraq elektrik işlədicilərinin siyahısının hazırlanması, yarımstansiyalar və paylayıcı qurğular üzrə bölünməsi, birxətli sxemlərin, kabel seçimi və kabel siyahılarının hazırlanması və yarımstansiyalarin layihələndirilməsi haqqında spesifik biliklər əldə etmək üçün kursa qoşula bilərsiniz.

Kurs iştirakçılarının əldə etdikləri nəzəri biliklərin real sənayedə tətbiqini öyrətmək üçün aparıcı şirkətlərin elektrik stansiyalarına SCHNEIDER ELECTRIC şirkəti (real iş sahəsi və satış ofisi) onun tam səlahiyyətli tərəfdaş şirkətlərinə, Bakelektro (alçaq gərginlik elektrik paylanması), GBS və Arazenerji (Rele / ETAP laboratoriya) şirkətlərində praktiki çalışmalarda iştirak edəcəklər.

TƏLİM & İMTAHAN CƏDVƏLİ

Bu proqram üçün müəyyən bir təlim və ya imtahan yoxdur. Proqramlarımız haqqında daha ətraflı məlumat üçün bizə müraciət edin.